Kampaniya yalnız “Sərbəst 50” və “Sərbəst 75” tarif paketlərini əhatə edir. “Sərbəst 50” tarifi çərçivəsində rouminqdə olarkən əlavə 1GB, “Sərbəst 75” tarifində isə 2GB internet təqdim edilir. Kampaniya 20.06.22 – 30.04.24 tarixləri arasında qüvvədə olacaq və ondan yalnız rouminqdə olarkən yararlanmaq mümkündür.
Rouminq internet paketlərinin aktiv olduğu ölkə və operatorların siyahısı
13 May tarixindən etibarən Serbest tariflərinə abunəlik dayandırılmışdır. Serbest tarifini aktivləşdirmək üçün istifadə olunan açar sözlər SuperSen və Premium tariflərini aktivləşdirəcək.
“Sərbəst” tarifinə istənilən fiziki şəxs statusuna malik olan fakturalı xətt abunəçiləri qoşula bilər.
“Sərbəst” tarifinə ilk qoşulduqda birdəfəlik 50% endirim təqdim olunur.
Nömrənin “Sərbəst” tarif paketinə qoşulması vaxtından asılı olmayaraq, bonuslar gecə 00:00-dan sonra təqdim edilir və bu barədə müvafiq SMS-bildiriş göndərilir. “Sərbəst” tarif paketinə qoşulmaq üçün sorğu göndərildikdə fakturalama gününə 5 gündən az müddət qalırsa, paketə qoşulmaq imkanı və paketdaxili bonuslar hamısı birlikdə növbəti fakturalama günündən sonra gecə saat 00:00-da təqdim edilir. Fakturalama gününə 5 gündən çox müddət qaldığı təqdirdə, paketə qoşulmaq imkanı və paketdaxili baonuslar qoşulan günü gecə saat 00:00-da təqdim olunur.
“Sərbəst” tarif paketləri çərçivəsində WhatsApp və Facebook Messenger-də mətn yazışmaları üçün 1GB həcmində trafik təqdim edilir.
Tətbiqlərdə yazışma üçün təqdim olunan trafik bitdikdə, istifadəçi balansdakı digər internet resurslarından istifadə edəcək. Əgər balansda digər internet resursları mövcud deyilsə, pulsuz yazışma imkanı olmayacaq.
“Sərbəst” tarifinin istifadə müddəti 1 faktura dövrü təşkil edir. İstifadə olunmamış dəqiqə, internet və tətbiqlər üçün trafik növbəti aya keçmir.
“Sərbəst” tarifindən “Sərbəst” tarifinə və ya digər tarifə keçdikdə və ya tarifin aylıq abunə haqqı yeniləndikdə balansda olan dəqiqə, internet və tətbiqlər üçün trafik ləğv edilir.
“Sərbəst” tarifi çərçivəsində bonuslar bitib, amma istifadə müddəti hələ bitməyibsə, ölkədaxili 1 dəqiqənin qiyməti 0.06 AZN təşkil edəcək.
“Sərbəst” tarifi abunəçiləri istənilən aylıq, günlük, saatlıq, eləcə də limitsiz həftəsonu paketlərindən yararlana bilərlər. Tarif dəyişikliyi zamanı mövcud internet paketi və onun bütün resursları aktiv qalır.
Zənglərin hesablanma intervalı 60 saniyə təşkil edir.
“Sərbəst” tarifi abunəçiləri əlavə internet paketlərindən istifadə edərsə, 50GB-lıq internet paketi istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük bu internet paketlərə verilir.
Paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir və o, burada internet paketini aktivləşdirə və ya internet paketsiz istifadəni seçə bilər. 1 MB=0.05 AZN. İnternetin hesablanma intervalı 512KB təşkil edir.
Tarif bonusları haqqında məlumatı 650 qısa nömrəsinə boş SMS göndərməklə istənilən zaman yoxlamaq mümkündür.
“Sərbəst” tarif paketindən istifadə zamanı prioritet ilk olaraq yazışma trafikinə, daha sonra isə tarifin əsas trafikinə verilir. Əsas paketin resursları bitdikdə abunəçinin heç bir internet paketi yoxdursa, abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir.
Xeyr, “Sərbəst” tarifi abunəçiləri “Əzizlərim” kampaniyasından yararlana bilməz.
Tarifdaxili bonus dəqiqələr rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılmış) və qısa nömrələr üçün istifadə edilə bilməz.
Həmçinin abunəçi “Zəngimi ödə” xidməti çərçivəsində zəng qəbul edərsə, müvafiq vəsait tarif daxilində təqdim edilmiş dəqiqələrin hesabından deyil, balansdan silinəcək.
Tarifin istifadə müddəti (bonuslardan istifadə də daxil olmaqla) müvafiq faktura dövrünə uyğun olaraq (1-ci faktura dövrü istifadəçiləri üçün: hər ayın 5-dən növbəti ayın 5-nə kimi; 2-ci faktura dövrü istifadəçiləri üçün isə hər ayın 25-dən növbəti ayın 25-nə kimi) hesablanır. Faktura dövrünün başa çatdığı dövrdə (günün son saatları) növbəti fakturalama prosesinin başlanılması üçün zəruri texniki işlərin həyata keçirilməsinə start verilir. Fakturalama günü isə (fakturalama dövründən asılı olaraq hər ayın 4-ü və ya hər ayın 24-ü) fakturalama prosesi başladıqdan sonra (təqribən saat 23:00-dan) xidmətlərdən istifadə öz əksini növbəti fakturada tapır. Fakturalama prosesi ərzində aylıq abunə haqqı ödənilməklə təqdim edilmiş dəqiqə, internet trafik növbəti fakturaya aid edilir.
Tarif dəyişikliyi ilə əlaqədar olaraq növbəti faktura dövründən etibarən nömrəyə bonus kimi təqdim edilən dəqiqə və internet trafiki mövcud olmasa, fakturalama prosesi ərzində saat 23:59:59-dək həyata keçirilən xidmətlərə görə xidmət haqqı əvvəlki (cari) tarif çərçivəsində təqdim edilən bonuslardan çıxılır, fakturalama prosesi bitdikdən sonra isə nömrədə aktiv edilmiş yeni tarif paketinə əsasən hesablanır.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Əgər abunəçinin nömrəsində hər hansısa rouminq paketi aktivdirsə, “Serbəst” tarifi çərçivəsində təqdim edilən internet paketini aktiv etmək üçün standart paket ləğv etməlidir. Həmçinin standart rouminq paketi aktiv olduqda prioritet həmin paketə verilir, daha sonra isə “Sərbəst” tarifinin bonuslarından faydalanmaq mümkün olur.
Abunəçilərimizin tələbatlarını nəzərə alaraq, fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan bütün “Sərbəst” tarif paketlərində daha əlverişli istifadə şərtlərinin təqdimatına başlanılır. Belə ki, “Sərbəst” tarif paketləri çərçivəsində təqdim edilən öldədaxili, şəbəkədaxili və tarifdaxili dəqiqələrin əvəzinə ümumi ölkədaxili danışıq dəqiqələri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə bütün istiqamətlərdə daha rahat danışmaq və nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bundan başqa “Sərbəst” tarif paketi çərçivəsində təqdim edilən internetdən istifadə imkanı da daha əlverişli olacaq. Sosial şəbəkələrdən istifadə və yazışma imkanının saxlanılması ilə yanaşı ümumi internetdən istifadə həcmi də artırılmışdır. Dəyişikliklər mövcud “Sərbəst” tarif paketindən 30 günlük cari istifadə müddətindən sonrakı növbəti yenilənmədən başlayaraq tətbiq ediləcək.
Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və ya imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, 24/7 Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.